İşğaldan azad ediləcək Хабарар  |  6(300) 2016  |  "SAMUR"
      “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların intensivləşməsi yaxın vaxtlarda münaqişənin həlli ilə bağlı ciddi sıçrayışa səbəb olacaq.” Bunu Rusiya Prezidentinin etibarlı adamı, Rusiya ictimai pa­latasının üzvü, politoloq Sergey Markov Trend-ə deyib. 
     Onun sözlərinə görə, dünya liderlərinin tez-tez görüşməsi və danışıqlar aparması nəticəsində Ermənistan sərhədlərinin açılmasının əvəzinə Azərbaycan torpaqları işğaldan azad oluna bilər. ‘‘Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri azad edəcək və bu il ilk Azərbaycan ailəsi dağıdılmış evlərinə qayıda biləcək”, - Markov deyib.
Ekspert hesab edir ki, diplomatik əlaqələrin aktivləşməsi bundan xəbər verir ki, real və intensiv danışıqlar gedir. “Tezliklə tərəflər arasında müqavilə imzalanacaq, sadəcə sülh razılaşmasının detalları müzakirə edilir”, - Sergey Markov vurğulayıb.
     Ekspert həmçinin qeyd edib ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə normallaşma prosesinin başlanmasından sonra rəsmi Ankara da hazırki prosesdə müsbət amilə çevrilə bilər.