Azərbaycan xalqlarının dillərində Поэзия  |  2(296) 2016  |  "SAMUR"
     Fevralın 9-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Multi­kultu­ralizm Azərbaycanın həyat tərzidir” adlı kitab sərgisinin təntənəli açılışı olmuşdur. Kitabxananın direktoru, professor Kərim Tahirov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Aslan Cəfərov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitik şöbəsinin müdiri Nəriman Qasımzadə çıxış edərək sərginin əhəmiyyətindən danışmışlar. 
     Sərgidə respublikamızın azsaylı xalqlarının  dillərində, о  cümlədən ləzgi dilində nəşr olunan kitablar nümayiş etdirilir. Onların arasında “Samur” qəzetinin əməkdaşları, tanınmış yazıçı-jurnalistlər Sədaqət Kərimovanın və Müzəffər Məlikməmmədovun son illər ləzgi dilində işıq üzü görmüş kitabıarı da vardır.
     Sərginin açılışında iştirak edən S.Kərimova jurnalistlərə və qonaqlara tədbirin əhəmiyyətindən, Azərbaycanda milli dillərdə kitab nəşrinin həmin xalqların mədəniyyətlərinin inkişaf etdirilməsində rolundan danışmışdır.