Festivalda ləzgi musiqi səsləndi Харусенят  |  6(289) 2015  |  Nurəddin ALXASOV
     İyulun 1-5-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə “İpək Yolu” VI Bey­nəlxalq musiqi festivalı кеçirilmişdir. Azərbaycan Bəstəkarlar İttifa­qının, Bakı Beynəlxalq Multikul­turalizm Mərkəzinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşki­lat­çı­lığı, Mədəniyyət və Turizm Nazir­liyinin  dəstəyi ilə keçirilən festivalda bir sıra xarici ölkələrin, eləcə də Azər­baycanın tanınmış musiqi kollek­tivləri, o cümlədən ölkəmizin azsaylı xalqlarının ansamblları iştirak etmiş­lər. 
     Beş gün davam edən festivalda ra­yon sakinləri və qonaqlar Yaponiyanın  “Kamiqata Sumiyoşi Kai” musiqi an­sam­blının,  Türküyənin Çukurova Döv­­­lət Simfonik Orkestrinin,  Pol­şanın “Ac-cello Duo” musiqi ansam­blının konsert proqramlarını dinləmək imkanı qazanmışlar. 
     İyulun 3-də Şəkinin vizit vərəqi sayılan “Karvansaray” Azərbaycanın azsaylı xalqlarının xor, mahnı və rəqs kollektivlərinin  ixtiyarına verilmişdir. Onların musiqi folklorunun, mərasim­lərinin, mahnı və rəqslərinin nümayişi şəkililərdə və xarici qonaqlarda böyük maraq doğurmuşdur. Bu, festivalın ən bö­yük və yaddaqalan hadisəsi olmuş­dur.  Ləzgilər, talışlar, kürdlər, tatlar, axıska türkləri, ruslar, avarlar, udilər, ingiloylar, saxurlar və tatarlar maraqlı proqramla çıxış etmişlər. 
     “Suvar” Ləzgi Mahnı və Rəqs An­samb­lının çıxışı həmişəki kimi yad­daqalan olmuşdur. Rəşad İbrahimov, Cavahir Abdulova, Cəmilə Zalova, Ro­za Hacımuradova və Elvina Hey­dərovanın ifasında səslənən “Dağ­lılar” mahnısı və ləzgi xalq mahnı­larından ibarət popurilər gurultulu alqışlarla müşayiət olunmuşdur. “Su­var”ın rəqs ansamblının məftunları isə gənc qızların və oğlanların ifasında coş­­qun ləzgi rəqslərini yaxından iz­ləmək imkanı qazanmışlar. 
     Bir sözlə, respublikamızın ayrı-ayrı xalqlarının musiqi kollektivləri, o cümlədən “Suvar” festivala xüsusi yaraşıq vermişdir.