İzmirdən hədiyyə Yeniliklər  |  1(284) 2015  |  "Samur"
     Türkiyənin  İzmir şəhərində yaşayan ləzgilər yeni il ərəfəsində həmyerlilərindən gözəl hədiyyə almışlar. Bu, 2015-ci ilin təqvimidir. Onu maraqlı edən isə təqvimin Türkiyə, Dağıstan və Azərbaycan ləzgiləri üçün nəzərdə tutulması və ensiklopedik tərzı ehtiva etməsidir. 
     Təqvimdə Şeyx Şamil, Hacı Murad, Süleyman Stalski kimi tanınmış şəxsiy­yətlərin, Dağıstanın qədim kəndlərinin, Azərbaycanın  Quba rayonundakı Qrız körpüsünün, Qafqaz dağlarının mənzərələri göz oxşayır. Ayrıca hər səhifədə  loqo olaraq  qədim ləzgi eposunun qəhrəmanı Şarvilinin şəkli verilib.