Ukraynada Azərbaycan telekanalı acıldı Yeniliklər  |  6(277) 2014  |  "Samur"
     Ukraynadakı Azərbaycan diaspo-runun internet üzə-rindən yayımlana-caq televiziya kanalı - «Diaspora TV» fəaliyyətə başlayıb. Telekanalın məqsədi Azərbaycan mədəniyyəti, siyasəti, tarixi və dövlətçiliyini dünya ictimaiyyətinə təqdim etmək, ölkəmiz haqqında yayılan qeyri-obyektiv informasiyaların qarşısını alaraq, Azərbaycan dövlətinin siyasətini dünya miqyasında təbliğ etməkdir. Kanalın məqsədlərindən biri də müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporlarının gördüyü işləri işıqlandırmaq və onlara informasiya dəstəyi göstərməkdir.
     Sutkada 18 saat efirdə olacaq  TV-nin xəbərlər buraxılışı hər 3 saatdan bir canlı yayımlanacaq. Kanalın xəbərlər xidməti CNN, Reuters və BBC şirkətləri ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutub.Verilişlərin Azərbaycan, rus, ukrayna, ingilis və digər dillərdə yayımlanması qərara alınıb. «Diaspora TV» Ukrayna, Rusiya, eləcə də xarici aparıcı distribütor şirkətlərlə əməkdaşlıq etməyi planlaşdırır.