Dərbəndin baş alimi Məşhur ləzgilər   |  4(275) 2014  |  Müzəffər Məlikməmmədov
     XII əsrin bəzi ərəb müəlliflərinin onu “Dərbəndin baş alimi” adlandırması təsadüfi deyil. 1040 - 1110 - cu illərdə yaşamış məşhur ləzgi tarixçisi Mammus ibn əl-Həsən əd-Dərbəndi əl-Ləzgiyə ilk dəfə haşimilər sarayında belə ad verilmişdi. Dərbənd hakiminin xahişi ilə o, burada tarixi ədəbiyyatdan ibarət kitabxana yaratmış, “Tarix Bab al-abvab va Şirvan” (“Dərbənd və Şirvan tarixi”) adlı məşhur əsəri gələmə almışdı. Bundan sonra tarixə dair daha bir neçə qiymətli kitab yazan Mammus əl-Ləzgi XI əsrin 60-ci illərində baş vermiş Gazıqumux hadisələrində yaxından iştirak etmiş, islamın təbliğindəki xidmətlərinə görə Şirvanşahın ənamına layiq görülmişdür. Bütün bunlara baxmayaraq, alimin bəzi kitabları Xilafət tərəfindən qadağan edilmiş və itmişdir. Yalnız son vaxtlar məşhur şərqşünas, tarix elmləri doktoru A. K. Ələkbərov onlardan birini - “Tarix Bab al-abvab va Şirvan” kitabını üzə çıxartmışdır.
     Dövrünün məşhur alimi və nüfuzlu şeyxi kimi tanınan  Mammus əl-Ləzgi ömrünün çox hissəsini Xilafətin ayrı-ayrı şəhərlərində təhsil almağa və səfərlərə həsr etmişdir. Onun ilk səfərinin ünvani Bağdad idi.
 

Bağdad səfəri

     Hələ 10 yaşina çaymayan uşağın istedadını görən atası Mammusu təhsil almaq üçün Bağdada aparır. Onun atası bütün Şərqdə tanınan məşhur alim, bir çox tarixi əsərlərin müəllifi Əbu -l - Valid  əl - Həsən ibn Muhammad əd - Dərbəndi  əl - Bəlxi  əs - Sufi idi. Bağdad alimlərinin təklifi ilə Nizamiyyədə müəllimliyə başlayan Əbu - l-Valid burada bir çox gör-kəmli alimlər yetirmişdi. On-ların arasinda çoxcildli “Bağdad tarixi” kitabının müəllifi  əl-Xatib əl-Bağdadi də var idi. Sonrakı illərdə atası Mammus  əl- Ləzgini məhz onun yanında oxumağa qoyur. (Bax: Аликберов. А. К. Ислам на территории бывшей Российской империи. Энциклопедический словарь. Вып. I. М., 1998).
      Yeniyetmənin istedadını görən alim bəzi kitablarının üzünü köçürməyi ona etibar edir. Bu işlə məşğul olarkən Mammus  əl-Ləzgi Xilafətin Səmər-qənd və Buxara vilayətləri ilə bağlı ta-rixinin tam araşdırılmadığını görür və bu sahədə aydınlıq yaratmaq istəyi ilə Orta Asiyaya səfər edir. Səmərqənddə və Buxarada olduğu bir neçə ildə yerli alimlərin hörmətini qazanan gənc əldə etdiyi qiymətli materiallarla Bağdada qayıdır.
     Çox keçməmiş atasının dünyasını dəyişməsi onu bir qədər ruhdan salır və Xilafətin mərkəzində elmi fəaliyyətini davam etdirməkdən əl çəkir. Vətənə qayıdarkən müəllimi  əl - Xatib  əl - Bağdadi ondan Qafqazın islam tarixini qələmə almağı xahiş edir. Bu xahişə rəğmən o, xeyli axtarışlar aparır və hətta Dərbəndin haşimilər sarayından kömək istəyir. Burada onu hörmətlə qarşılayırlar və sarayın baş tarixçisi vəzifəsini tutmağı təklif edirlər. Bu, gənc alimin ürəyincə olur.
 

Haшimilяr sarayыnda

     Mammus  əl-Ləzginin saray tarixçiliyinə razılıq verməsi təsadüfi deyildi. Elmə, dinə və mədəniyyətə qayğı göstərən haşimilər sülaləsi Dərbəndin islam mərkəzlərindən birinə çevril-məsində böyük rol oynamışdı. (Bax: Путешествие Абу Халида   ал- Гарнати в Восточную и Цен-тральную Европу. Публикация О.Г.Большакова и А. Л. Монгайта. М., 1971. С. 26). Burada alimlərə qayğı ilə yanaşılırdı. “Tarix Bab  al-abvab va Şirvan” əsərini yazandan sonra “Dərbəndin baş alimi” adlandırılan Mammus əl-Ləzgi artıq qonşu vilayətlərdə də böyük nüfuz sahibi olmuşdu.
     Şirvanşah onu bir neçə dəfə sarayına dəvət etmiş, islamın təbliğinə görə ənam vermişdi. Sonuncu dəfə Şirvanşah ondan 1064-cu ilin hadisələri ilə bağlı lakların yaşadığı Qumuxda islamın yayılmasına kömək göstərməyi xahiş edir. Həmin il “Qumux kafirləri” al-Bab kəndinə hucum edib “çoxlu müsəlman” qırmışdılar. (Bax: Минорский В. Ф. История Ширвана и Дербенда. М., 1963. С. 74). Bu qırğın hər iki tərəfdən çoxlu insan təlafatına səbəb olmuşdu. İslam dinini qəbul etmək istəməyən Qumux əhalisi mövbəti dəfə müsəlmanlara hucum etmək istəyəndə Mammus  əl - Ləzgi Şirvanşahın məktubu ilə buraya gəlir. Yerli alimlərlə dil tapandan sonra qumuxlulara məktubu oxuyur. Burada yazılmlşdı: “Siz təhlükəsizlik tərəfdarı olduğunuzu, etiqada sadiq qalmaq istədiyinizi bildirirsiniz. Kim Allahdan kömək diləyirsə, Tanrı onu bir başa arzusuna çatdırır... Tələsin, Allah sizi birbaşa arzunuza çatdırar... bizim təqdirimizi almağa tələsin... Onu bilin ki, islamı qəbul etsəniz, xilas olarsınız, bu dinə etiqad etsəniz, təhlükəsiz şəraitdə yaşayarsınız”. (Bax. Minorsky V. et Cahen Cl. Le Recuil transcaucasien de Macud b. Namdar.- Journal Asiatiquc. 1949, t. 237. C. 140 – 142). XII əsrin kürd tarixçisi Məsud ibn Namdarın yazdığına görə Qumux əhalisinin islamı qəbul etmısində Ləzgistanın ayrı–ayrı yerlərindən olan alimlər böyük rol oynamışdı. (Bax: Yenə orada).
     Bu hadisələrdən sonra Qumuxda islam dini geniş yayılır və möhkəmlənir. Hətta qumuxlular özləri islamın qatı təbliğatçılarına çevrilirlər. Buna görə də bəzi tarixçilərin yazdıqlarına görə onlar “qazı”, “dinin əsgəri” tituluna layiq görulmüş və Qumux “Qazıqumux” adlanmışdır. (Bax: A. Р. Шихсаидов. Очерки истории, источниковедения, археографии средневекового Дагестана. Махач-кала, 2008. с. 114). 
      Mammus  əl-Ləzgi özünün “Tarix Bab  al-abvab va Şirvan” kitabında bu hadisələri ətraflı qələmə alıb. Həmin qiymətli kitabda Ləzgistanın, Dərbəndin və Şirvanın tarixi ilə bağlı bir sıra hadisələr dolğun əksini tapıb.
 

Qiymətli kitab

     Mammus  əl-Ləzginin “Tarix Bab  al-abvab va Şirvan” əsəri bir neçə cəhətdən xususi əhəmiyyət kəsb edir. O, ləzgi tarixində ilk dəfə olaraq ərəb müəlliflərinin əsərlərinə istinad edir. Onun Əbu-l-Həsən Əli ibn əl - Hüseyn ibn Əli  əl-Məsudinin, Əbul-l-Abbas Əhməd ibn Yəhya ibn Cabir əl– Bəlazurinin, Əbu Cəfər Mə-həmməd ibn Cərir ət-Tə-bərinin, Əbu İshaq İbrahim ibn Məhəm-məd  əl-Fər-nan əl- İstəx-rinin əsərlə-rinə əsaslana-raq yazdıqları böyük maraq doğurur. Bundan əlavə, Mammus əl-Ləzgi çoxu bizə gəlib çatmayan ilk mənbələrdən istifadə edib. O, hansı mənbədən istifadə etdiyini dəqiq göstərir, eyni zamanda öz səyahətləri zamanı topladığı məlumatlardan bəhrələnir.
     Alimin kitabında Dərbənd və Şirvanla yanaşı Lezganın (Ləzgistanın) da VI–XI əsrlər tarixi öz əksini tapıb. O, Lezganın böyük əraziyə və çoxsaylı əhaliyə malik olduğunu , Şirvanla ümumi sərhəd təşkil etdiyini göstərir. Mammus  əl-Ləzgi ilk dəfə olaraq, XI əsrdə Lezganın (Ləzgistanın) ərazisində Qərbi Lezgan və Şərqi Lezgan  kimi iki dövlətin yarandığını bildirir. Onun bu məlumatını sonralar 1179-1229 - cu illərdə yaşamış məşhur ərəb coğrafiyaçısı və səyyahı Yaqut ibn Abdullah  ər–Rumi əl-Həməvi özünün “Mucəm  əl-buldan” (“Ölkələrin əlifba sırası ilə siyahısı”) adlı coğrafi lüğə-tində də təsdiq etmişdir. Daha sonra ərəb tarixçisi Əbul-l- Fid (1273-1331) Lezgan haqqında ətraflı məlumat vermişdir. (Bax: Geographica d ‘ Aboulfedd. Text arabe… par M. Reinaud et de Slane. Paris, 1840. C. 201).
    Mammus  əl-Ləzginin “Tarix Bab  al -abvab va Şirvan” kitabında Dərbəndin və Şirvanın o dövrdəki ictimai-siyasi, iqtisadi və mədəni həyatı ilə bağlı digər tarixçilərin əsərlərində rast gəlinməyən bir sıra məlumatlar da vardır. Həmin məlumatlar orta əsrlərin bəzi hadisələrini düzgün qiymətləndirməyə imkan verir.
 
Müzəffər Məlikməmmədov