Nəriman həkim "Самурдин мектеб"  |  3(274) 2014  |  Şahnabat Ağakərimova
Qusar rayonu Samur qəsəbə xəstəxanasının baş həkimi, Azərbaycanın Əməkdar həkimi Nəriman Osmanova ithaf olunur.
 
Bir xəstə görəndə qaynayıb qanı,
Qoymayıb kimsəni pərişan, həkim.
Neçə ümidsizi, neçə insanı
Qaytarıb həyata Nəriman həkim.
 
Şəfa verdiklərin dirçələn zaman
Nə qədər sevindin, necə şən oldun.
Məni də çoxu tək ey gözəl loğman,
Ölüm pəncəsindən alan sən oldun.
 
İstərəm həmişə şəfa verəsən,
Şəfalı əllərin var olsun, həkim.
Halal əməyinlə səfa görəsən,
Qoy sənə səadət yar olsun, həkim!
 
Şahnabat Ağakərimova,
Qusar rayonu, Qaratoba kənd məktəbinin 
İX sinif şagirdi